özünə yaxşı bax

Psixoloji dəstək, sənə uyğun şəkildə

Özünə yaxşı bax.

“Özünə yaxşı bax” ehtiyacına uyğun psixoloqu tapmağı və onlayn terapiyaya başlamağı asanlaşdırır. Psixoloqların ixtisaslaşdığı sahələrə bax, istifadəçi rəylərini oxu və seçdiyin mütəxəssislə sənə rahat olan məkandan görüş.

Psixoloqunu seç
Pəncərə önündə noutbukla oturan qadın

Psixoloqunu seç

Psixoloqların profilləri təsdiqləndikcə burada yayımlanacaq.

Necə işləyir

Psixoloqu seç

Profilə, görüş dilinə və qiymətə bax.

Uyğun vaxtı seç

Görüşə müraciət et və vaxt təsdiqləndikdən sonra ödə.

Görüşə qoşul

E-poçtuna gələn Zoom linkindən qoşul.

Haqqımızda

Qlobal hesablamalara görə, dünyada depressiya ilə yaşayan insanların sayı 1990-cı ildə təxminən 176 milyon idisə, 2021-ci ildə 332 milyona çatıb. Bu, üç onillik ərzində təxminən 89 faiz artım deməkdir. İnanırıq ki, özünə verə biləcəyin ən dəyərli töhfələrdən biri psixoloji sağlamlığına qayğı göstərmək və çətinliklər qarşısında dayanıqlılığını gücləndirməkdir. “Özünə yaxşı bax” platformasını bu qayğını gündəlik həyatının bir hissəsinə çevirməyi asanlaşdırmaq üçün yaratdıq. Platformada psixoloqların hansı sahələr üzrə ixtisaslaşdığını görə, digər istifadəçilərin açıq rəylərini oxuya və ehtiyacına uyğun mütəxəssisi seçə bilərsən. Onlayn terapiya yola sərf edəcəyin vaxta qənaət etməyə və sənə rahat olan məkandan seansa qoşulmağa imkan verir. Layihənin təsisçisi Aliyə Əliyevadır.

Aliyə Əliyeva · Layihənin təşəbbüskarı

Psixoloq kimi qoşul

Onlayn görüşlər üçün kataloqda profil yaratmağa müraciət et.

Müraciət et →